Qeyri-neft sektoru üzrə vergi daxilolmaları ən çox nəqliyyat sektorunda qeydə alınıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qeyri-neft sektoru üzrə vergi daxilolmaları ən çox nəqliyyat sektorunda qeydə alınıb

Qeyri-neft sektorunda müşahidə edilən müsbət dinamika şəraitində 2022-ci ilin yanvar-fevral aylarında tədiyyə növləri və sahələr üzrə vergi daxilolmalarında ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artımlar qeydə alınıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, sözügedən müddət ərzində qeyri-neft sektorunun sahələri üzrə artım templəri xidmət sektorunda 19,6 faiz, qeyri-neft sənayesində 30,8 faiz, rabitə sahəsində 62,5 faiz, ticarət sektorunda 2,2 dəfə, topdan ticarət sahəsində 2,3 dəfə, ictimai iaşə sahəsində 3,9 dəfə, nəqliyyat sektorunda isə 4,5 dəfə müşahidə olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top