Qətər Qəzza sakinlərinə kömək üçün 4,5 milyon dollar ayıracaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qətər Qəzza sakinlərinə kömək üçün 4,5 milyon dollar ayıracaq

Bakı, 8 sentyabr, AZƏRTAC

Qətər Qəzza zolağı sakinlərinə kömək üçün 4,5 milyon dollar ayıracaq.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Qətər Qızıl Aypara Cəmiyyəti, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi və Qətər İnkişaf Fondu arasında müqavilə imzalanıb.

Vəsait Qəzza zolağından olan 4400 fələstinli işçiyə, eləcə də münaqişədən əvvəl tibbi yardım üçün Qərb Sahilinə gələn və öz evlərinə qayıda bilməyən anklav sakinlərinə dəstək olmaq üçün nəzərdə tutulub.

“Nağd yardım keçən ilin oktyabrında münaqişədən bəri Qəzza zolağına qayıda bilməyən köçkünlər üçün həyati dəstək olacaq”, – Qətər Xəbər Agentliyinin açıqlamasında deyilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top