MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

qazma

”Qərbi Abşeron” yatağında daha bir horizontal quyu istismara verilmişdir

Socar-dan Economic.az verilən məlumata görə, bu günlərdə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 20 nömrəli horizontal quyu qazmadan sonra istismara verilmişdir.“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən Qirməki Lay Dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul vermiş, 771-688 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Qeyd edək ki, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top