Qəbələdə beynəlxalq basketbol turniri Azərbaycan komandalarının oyunu ilə start götürüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qəbələdə beynəlxalq basketbol turniri Azərbaycan komandalarının oyunu ilə start götürüb

Bakı, 2 iyun, AZƏRTAC

Basketbolun 3×3 növü üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, açılış oyununda Azərbaycan millisi və yeni yaranmış “Baku Fleyms” komandası üz-üzə gəlib.

İyunun 3-dək davam edəcək turnirdə 8 komanda qüvvəsini sınayır. A qrupunda Azərbaycan, Portuqaliya, “Baku Fleyms” və “Varşava Lotto”, B qrupunda isə Polşa, İtaliya, Rumıniya və “Barselona Panters” komandaları yer alıblar.

Qruplarında ilk pilləni tutan komandalar birbaşa yarımfinala yüksələcəklər. II-III yerlərin sahibləri 1/4 finalda qarşılaşacaq və digər yarımfinalçıları müəyyənləşdirəcəklər.

Dünya Qadın Seriyası, Qəbələ mərhələsi

2 iyun

I tur

16:30 Azərbaycan – “Baku Fleyms”

16:55 Polşa – “Barselona Panters”

17:20 Portuqaliya – “Varşava Lotto”

17:45 İtaliya – Rumıniya

II tur

18:10 “Baku Fleyms” – “Varşava Lotto”

18:35 “Barselona Panters” – Rumıniya

19:00 Azərbaycan – Portuqaliya

19:25 Polşa – İtaliya

III tur

20:00 Portuqaliya – “Baku Fleyms”

20:25 İtaliya – “Barselona Panters”

20:50 “Varşava Lotto” – Azərbaycan

21:15 Rumıniya – Polşa

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top