Qəbələ rayonunun nümayəndə heyəti Belarusda səfərdə olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qəbələ rayonunun nümayəndə heyəti Belarusda səfərdə olub

Qəbələ, 11 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun Qəbələ ilə qardaşlaşmış Qrodno şəhərində işgüzar səfərdə olub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti şəhər rəhbərliyi ilə görüşüb. Görüşdə Qrodno şəhəri ilə Qəbələ rayonu arasında mövcud əlaqələrin perspektivləri müzakirə olunub.

Səfər zamanı nümayəndə heyəti İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə həsr olunmuş abidə kompleksini ziyarət edib, həmçinin Qrodno Beynəlxalq İqtisadi Forumunda iştirak ediblər. Forum çərçivəsində “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında 2024-2026-cı illər üçün qardaşlaşmış şəhərlərin qarşılıqlı əlaqələrinin yaradılmasına dair “Anlaşma Memorandumu”nun həyata keçirilməsi haqqında Tədbirlər Planı – “Yol xəritəsi” imzalanıb.

Daha sonra nümayəndə heyəti Qrodno şəhərinin sənaye, iqtisadi və turizm potensialını əks etdirən sərginin açılış və sərgiyə baxış mərasimlərində, həmçinin şəhərin 896-cı ildönümü münasibətilə təşkil edilmiş “Şəhər günü” bayram tədbirlərində və ənənəvi Pendir festivalında iştirak edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top