
Qazaxıstanın Almatı vilayətində ticarət obyektləri yenidən bağlanır
Qazaxıstanın Almatı vilayətində ticarət obyektləri yenidən bağlanır. Vilayətdə kütləvi tədbirlərin keçirilməsinə ciddi qadağa qoyulacaq, ictimai nəqliyyat isə yalnız səhər və axşam fəaliyyət göstərəcək.
Economic.az AZƏRATAC a istinadən xəbər verir ki, regionun baş sanitar həkimi Kayrat Baymuxambetov bu barədə məlumat verib. Bildirib ki, regionda koronavirus hallarının artması müşahidə edildiyinə görə, bu məcburi tədbirdir.
Almatı vilayətində COVID-19-a yoluxmuş şəxslərin ümumi sayı 400 nəfərdən çoxdur.
Son həftə ərzində xəstələnmənin ümumi sayı 4,5 faizə qədər artıb.
Qeyd edək ki, son məlumata görə, Qazaxıstanda koronavirusa yoluxanların sayı 12511, sağalanlar 7135, ölənlərin sayı isə 53 nəfərə çatıb.
BƏNZƏR MƏQALƏLƏR
Bu şəxslər “WhatsApp” istifadə edə bilməyəcəklər
“WhatsApp” tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları “Facebook”-da paylaşmaq üçün icazə […]
Azərbaycanda ÜDM 4,5 faiz artacaq
2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir. Economic.az xəbər verir ki, bu […]
Bu gün “OPEC+” nazirlərinin toplantısı keçiriləcək
Yanvarın 4-də OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü baş tutacaq. Economic.az AZƏRTAC-a istinadən […]