Qax Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qax Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanır

Qax, 4 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qax Dövlət Kukla Teatrında 2024-cü ilin repertuar planına daxil edilən Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər davam edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.

Tamaşanın quruluşçu rejissoru Araz Mehrablı, rəssamı Fidan Səbrili, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Rolları Azər Kərimov, Elnarə Razıyeva, Məlahət Məmmədova, İlmar Abdullayev, Cəbrayıl Quluşov, Elnurə Əliyeva, Fidan Mahmudzadə və Aynurə Abbasova ifa edirlər.

Tamaşa iyunun sonunda uşaqlara təqdim olunacaq.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top