Qarpız alarkən diqqətli olun! – şübhəli mənzərə ortaya çıxıb – VİDEO
Economic.az xezerxeber.az-a istinadən bildirir ki, bəzən yaxşı bilib yoxlamadan aldığınız qarpızları evdə kəsəndə qəribə mənzərə ilə üzləşə bilərsiniz.
Qarpız kəsiləndən sonra qəribə bir mənzərə ortaya çıxıb. Məsələni araşdırmağa bazardan başladıq.
Həmin qarpız görüntüsünü satıcılara göstərdik. Satıcılar iddia edirlər ki, bu, əslində xarab və ya dərmanlı məhsul deyil. Əksinə, normal yetişən və yeyilməsi qorxulu olmayan qarpız kimi görünür.
Məsələ ilə bağlı Dövlət Fitosanitar Nəzarəti Xidmətinə də müraciət etdik. Xidmətin rəisi Camal Quliyev də videogörüntüdəki qarpızın təhlükəli olmadığını söylədi.
Bəs saf qarpızı xarabından necə fərqləndirmək olar? Bu suala satıcılardan cavab aldıq.
Bazarda həmçinin kiçik ölçülü qarpızlara da rast gəldik. Məlum oldu ki, bu qarpızları daha çox turşusunu qoymaq üçün və ya içərisində qəlyan düzəltmək üçün alırlar, yəni yemək üçün məsləhət görülmür. Ən çox diqqətimizi cəlb edən isə qeyri-adi rəngi olan, dadı və qiymətilə fərqlənən bu qarpızlar oldu.
Ümumiyyətlə, tövsiyyə olunur ki, qarpız alarkən mütləq onu kəsdirib yoxlayın. Görünüşündən və ya dadından şübhəli qaldığınız məhsulu almayın. Əks halda zəhərlənmələrə və ya daha ciddi problemlərə gətirib çıxara bilər.
Videonu izləmək üçün şəklə klikləyin:
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir?
Natiq Cəfərli deyir ki, dəri istehsalı sahəsində ixtisaslaşan xarici investorların ölkəyə cəlb edilməsi, bu sahənin […]
-
Pambığın alış qiyməti növbəti dəfə artırıldı
Pambıqçı fermerlərə daha bir müjdə: pambığın alış qiyməti növbəti dəfə artırıldı Fermerlərin maddi rifah halının […]
-
Un və çörək satışı bazarında monitorinqlər aparılır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında […]