MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

bank

Qarabağda innovativ maliyyə-bank xidmətləri yaradılır

İşğaldan azad olunmuş ərazilərdə innovativ maliyyə-bank xidmətlərinin yaradılması işlərinə start verilib.

Economici.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 30 il öz doğma torpaqlarını görmək arzusu ilə yaşayan insanların yurd-yuvalarına qaytarılması üçün ciddi işlər aparılır.

“Lakin təbiidir ki, bu istiqamətdə görüləsi işlərimiz daha çoxdur və hər birimiz elə etməliyik ki, bütün sahələrdə innovativliyi təmin etməklə həyata keçirdiyimiz işlərin səmərəliliyini artıraq, daha yüksək nəticələrə nail olaq”, – nazir müavini qeyd edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top