Putin süni intellektlə öz oxşarının sualını cavablandırdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Neyro-Putin Rusiya Prezidenti Vladimir Putindən neçə oxşarı olduğunu və süni intellektin hansı təhlükələr yaratdığını soruşub.
Oxu.Az-ın məlumatına görə, sual “deep fake” texnologiyasından istifadə edən Sankt-Peterburq Dövlət Universitetinin tələbəsi tərəfindən Rusiya Prezidenti Vladimir Putinə bu gün keçirdiyi illik mətbuat konfransında verilib.
Bununla bağlı yayımlanan kadrlarda Putinin ekrana təəccüblə baxaraq sualı zarafatla cavablandırdığı görünür.
“Görürəm ki, mənə oxşayırsınız və mənim səsimlə danışa bilirsiniz. Ancaq düşündüm və qərar verdim ki, mənim kimi yalnız bir nəfər ola və danışa bilər – bu mənəm. Bu zarafatı əvvəllər bir nəfər etmişdi”, – deyə prezident bildirib.
Sonra isə ekrana işarə edərək: “Yeri gəlmişkən, bu mənim birinci oxşarımdır”, – deyib.
Süni intellekt məsələsinə gəlincə isə Putin ondan qorxmağa ehtiyac olmadığını, lakin onun yaradılması prosesinə rəhbərlik etməyin vacibliyini qeyd edib.
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]