
Professordan: Virusları öldürmür, əllərə yapışdırır, uzun zaman yaşamasına səbəb olur
Pandemiya dövründə koronavirusdan qorunmaq məqsədilə bir çox dezinfeksiyaedicilərdən istifadə olunur. Ən çox istifadə edilən məhsullar sırasında kolonyalar öndə gəlir. Pandemiyanın ilk dövründə bir çox mütəxəssis kolonyanın daha təsirli qoruyucu olduğunu, əlləri, əşyaları məhz onunla viruslardan təmizləmək lazım olduğunu açıqlayıblar.
Kolonyalar virusa qarşı nə qədər effektlidir? Kolonyanın tərkibində olan alkoqol virusu həqiqətən də öldürə bilirmi?
Economic. Az E-tibb.az istinadən xəbər verir ki, bu suallara cavab verən Türkiyədən olan infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı, professor Ayşe Wilke Topçu bu dövrdə əl gigiyenasının vacibliyinu vurğulayaraq deyib ki, bir nəfər bir saatda təxminən 30 dəfə əlini burnuna vurur. Əllər hər yerə dəyir, həmin yerlərdən isə mikrobları tənəffüs yollarına ötürür: “Ona görə də əl təmizliyi böyük önəm daşıyır. Ən yaxşı əl təmizliyinə sabun və su ilə nail olmaq mümkündür. Əgər su və sabun yoxdursa, o zaman tərkibində 60-70 faizlik alkoqol olan kolonya və ya dezinfektan istifadə oluna bilər”. Onun sözlərinə görə, tərkibi 90 faiz spirtdən ibarət olan kolonyalar virus və bakteriyaların daha çox yaşamasına səbəb olur. Onlar virus və bakteriyaları öldürmək əvəzinə daha da yapışmasına və uzun zaman yaşamasına şərait yaradır.
#virus #koronavirus #covid19 #economics
BƏNZƏR MƏQALƏLƏR
Baş Prokurorluqdan saxta “kəllə qənd” istehsalı edənlərlə bağlı – Açıqlama
“Bəzi kütləvi informasiya vasitələrində bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində “kəllə qənd” istehsalı zamanı mənşəyi […]
Məzuniyyət maaşı bu cür hesablanır – Müəllimlər nədə səhv edirlər?
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi […]
Azərbaycanda kibercinayətlər üçün hansı cəzalar nəzərdə tutulub? – ARAŞDIRMA
Pandemiyanın elektron ticarətə tələbatı artırması bir sıra kibercinayətkarlıq hallarına yol açıb. Bəziləri kompüter və informasiya […]