MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Seymur Orucov

“Prezidentin siyasəti Azərbaycanın milli maraqlarına tam cavab verir” ÖZƏL-MÜNASİBƏT

“Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən İlham Əliyev yenə də xalqın yüksək etimadını qazanmışdır. Təbii ki, bu real faktlara əsaslanır. Çünki cənab Prezident seçki müddətində, ümumiyyətlə isə fəaliyyəti müddətində nə vəd vermişdisə artıqlaması ilə onlara əməl edib. Bunu da Azərbaycan xalqı gözəl bilir və başa düşür”. Economic.az SİA-ya istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, son bir il ərzində Azərbaycanın həm sosial-iqtisadi, həm ictimai-siyasi, həm də hümanitar, müdafiə sahəsində, beynəlxalq aləmdə nüfuzu günü-gündən artmaqdadır: “Təbii ki, bu real işlər, faktlarla ortadadır. Mən bu yaxınlarda gənclərlə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan bir Fərmanı şərh etmək istərdim. Ölkə başçısının Fərmanına əsasən Azərbaycanda ödnişsiz təhsil alanların sayının dövlət hesabına 16 min vahid artırılması və gələn ildən etibarən isə 2020-2021-ci ildə 50 faizə çatdırılması Azərbaycan gəncliyinə, gələcəyinə qoyulmuş bir investisiyadır. Digər məsələ isə tələbə və Prezident təqaüdlərinin artırılması ilə bağlı idi. Bunların hər biri son bir il ərzində cənab Prezidentin gənclərə göstərmiş olduğu diqqətin bariz nümunəsi idi. Minimum əmək haqqlarının artırılması, Azərbycanın qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və s. digər sosial məsələlərlə bağlı məsələlər xalq göstərilən diqqət və qayğıdan xəbər verir. Bu gün Azərbaycan dövlətinin başçısına etimad tamdır, Azərbaycan xalqı, milləti öz Prezidentinin yanındadır. Yəni zaman keçdikcə bu etimad özünün faiz nisbətini və gücünü artırmaqla davam edir. Azərbaycanın gələcəkdə bundan da böyük uğurları olacaq. Biz 2018-2025-ci illəri müqayisə etdikdə görəcəyik ki, Azərbaycanın həmin yeddi il ərzində nə qədər böyük nailiyyətlər əldə edib. Artıq Azərbaycan Prezidentinin siyasəti regiondan kənara çıxıb. Düşünürəm ki, dünya səviyyəsində bir dövlətə çevrilmək üçün Azərbaycan böyük sürətlə irəliləyir”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top