Prezident İlham Əliyev Nizami rayonunda olub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Prezident İlham Əliyev Nizami rayonunda olub

Prezident İlham Əliyev  paytaxtın Nizami rayonunun 8-ci Kilometr qəsəbəsindəki Heydər bağında yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, bu istirahət guşəsi 1997-ci ilin mayında ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb. Ümummilli Lider burada daş palıd da əkib. Heydər bağında həyata keçirilən yenidənqurma tədbirləri zamanı əlavə yaşıllaşdırma işləri görülüb, yeni skamyalar və işıqlandırma sistemi qurulub. Ərazisi 5 hektardan çox olan bağın yenidən qurulmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi

W1siziisijiwmtyvmduvmdqvotuydxpnzgl5xzaylmpwzyjdlfsiccisinrodw1iiiwinjuwedqynijdxq?sha=cdee05215df414e3

W1siziisijiwmtyvmduvmdqvnxc0nxp4axk4bv8wmy5qcgcixsxbinailcj0ahvtyiisijy1mhg0mjyixv0?sha=467c78b3f159faf4

W1siziisijiwmtyvmduvmdqvzwljytu3dgjhxza1lmpwzyjdlfsiccisinrodw1iiiwinjuwedqynijdxq?sha=64a1b12f85452eed

 

Bakının 8-ci Kilometr qəsəbəsindəki Qara Qarayev prospekti ilə Naxçıvani küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib.

Prezident İlham Əliyev dayanacağın rəmzi açılışını bildirən lenti kəsdi.

Avtodayanacaqla tanış olan dövlət başçısı İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 16 min 286 kvadratmetr olan avtodayanacağın yuxarı mərtəbəsi restoran kimi fəaliyyət göstərəcək. Buradan Heydər bağına gözəl mənzərə açılır. Bildirildi ki, dayanacaqda 391 avtomobili eyni vaxtda parklamaq mümkündür. Avtodayanacaq naviqasiya, avtomat yanğınsöndürmə sistemləri ilə təchiz olunub.

Paytaxtın 8-ci Kilometr qəsəbəsinin ən qaynar və hərəkətin intensiv olduğu ərazisində tikilən avtodayanacaq yol kənarlarının boşalmasına geniş imkan yaradacaq. Bununla da ərazidə avtomobil tıxacları aradan qaldırılacaq.

W1siziisijiwmtyvmduvmdqvnnlwzwhtanr5nl8wmdquanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=00ed5d5b6ac86ee2

W1siziisijiwmtyvmduvmdqvmmdiczvsbwp2yl8wmdmuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=3dbacea998a889f4

W1siziisijiwmtyvmduvmdqvotz1c241m3p3of8wmtmuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=792bc0b4fbe4aded

 

Prezident İlham Əliyev paytaxt Bakının Nizami rayonundakı Mikayıl Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə tanış olub.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, paytaxtın Heydər Əliyev prospekti ilə Babək prospektini birləşdirən, Heydər Əliyev adına Bakı neft emalı zavodunun, Milli Gimnastika Arenasının, habelə əhalinin istifadəsində olan kütləvi tədbirlərin keçirildiyi çoxsaylı obyektlərin yerləşdiyi və nəqliyyatın intensiv hərəkət etdiyi Mikayıl Əliyev küçəsi uzun illərdir ki, təmir olunmamışdı. Küçədə yağış-kanalizasiya sularının axıdılması sisteminin olmaması küçədə müəyyən problemlər yaradırdı. Həm küçənin asfalt-beton örtüyü tez sıradan çıxır, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Mikayıl Əliyev küçəsinin də yenidən qurulmasına başlandı.

Bildirildi ki, görülən işlər çərçivəsində “Azəravtoyol” ASC tərəfindən küçədə yağış-kanalizasiya sularının axıdılması üçün 2 kilometrdən artıq yeni sistem qurulub. Küçə boyunca yağış suları üçün barmaqlıqlar qoyulub, kommunikasiya xətlərinin dəmir-beton yataqları hündürləşdirilib, baxış lyükləri yenilənib. Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılıb. Uzunluğu 2800 metr, hərəkət hissəsi 4-6 zolaqlı olan yolun yenidən qurulması zamanı köhnə asfalt örtüyü təmizlənib, zəruri yerlərdə yol yatağı bərkidilib və küçəyə yeni asfalt-beton örtüyü döşənib. Yenidənqurma işləri çərçivəsində küçə boyu hər iki istiqamətdə yeni piyada səkiləri yaradılıb, işıqlandırma sistemi qurulub. Bununla da şəhərin mərkəzi ilə 450 min nəfərdən çox əhalinin yaşadığı 8-ci Kilometr, Əhmədli və Günəşli qəsəbələri arasında nəqliyyat əlaqəsi xeyli yaxşılaşıb.

Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə Rüstəm Rüstəmov küçəsi və Babək prospekti ilə kəsişmələrdəki bir səviyyəli dairə şəkilli yol qovşaqları da yenidən qurulub, zəruri yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları və göstərici xətlər çəkilib.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, paytaxtın Nizami rayonunun Çobanzadə küçəsi də əsaslı təmir olunub. Uzunluğu 2340 metr olan küçəyə yeni asfalt-beton örtük döşənib, avtobus dayanacaqları quraşdırılıb. Bundan əlavə, Naxçıvani küçəsinin də əsaslı təmiri başa çatıb. Uzunluğu 840 metr olan küçənin eni genişləndirilərək 9 metrə çatdırılıb. Yeni asfalt-beton örtüyü çəkilən küçədə bütün infrastruktur yüksək səviyyədə qurulub.

W1siziisijiwmtyvmduvmdqvmnrmmnc5mmm4of8wmdmuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=412a29f16c0754b6

W1siziisijiwmtyvmduvmdqvntb2c3ozzndlxzawny5qcgcixsxbinailcj0ahvtyiisijy1mhg0mjyixv0?sha=efd46175af6de204

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top