
Prezident İlham Əliyev “DP World” şirkətinin prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “DP World” şirkətinin prezidenti Sultan Əhməd bin Sulaimi qəbul edib.
Sultan Əhməd bin Sulaim Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Raşid Al Məktumun salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransında iştirakından məmnunluğunu ifadə edən Sultan Əhməd bin Sulaim bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq əməkdaşlıq işinə mühüm töhfə verdiyini vurğulayıb. O, hər dəfə Azərbaycana səfəri zamanı ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu, Bakıda xarici turistlərin sayının sürətlə artdığını müşahidə etdiklərini deyib.
Prezident İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda keçirilməsinin önəmini qeyd edib və bunu beynəlxalq nəqliyyat daşımalarında ölkəmizin rolunun artmasının göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı nəqliyyat infrastrukturu sahəsində Azərbaycanın son illər böyük uğurlar qazandığını deyib. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, ölkəmizdə turizmin inkişaf etdirilməsi sahəsində də ardıcıl addımların atıldığını, Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən Birləşmiş Ərəb Əmirliklərindən gələn qonaqların sayının durmadan artdığını qeyd edib.
Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Raşid Al Məktumun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Şeyx Məhəmməd bin Raşid Al Məktuma çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
BƏNZƏR MƏQALƏLƏR
Meliorasiya və Su Təsərrüfatı ASC-yə yeni sədr təyin edildi – Sərəncam
Prezident İlham Əliyev Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin […]
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam […]
DTX-də işçilərin ştat sayının həddində dəyişiklik edildi – FƏRMAN
Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularının və DTX-nin sisteminə işə […]