Polşada faşistlərin qətlə yetirdiyi yüzlərlə insanın qalıqları dəfn edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Polşada faşistlərin qətlə yetirdiyi yüzlərlə insanın qalıqları dəfn edilib

Bakı, 3 sentyabr, AZƏRTAC

Polşada faşistlərin İkinci dünya müharibəsi dövründə qətlə yetirdiyi yüzdən çox şəxsin qalıqları təkrar dəfn olunub.

AZƏRTAC xəbər verir ki, dəfn olunan meyit qalıqları ölkənin cənubundakı Ölüm vadisi deyilən ərazidə aşkar edilib. Polşa Milli Yaddaş İnstitutunun 2021-ci ildən apardığı qazıntılar nəticəsində bu ərazidəki 5 kütləvi məzarlıqda 700-dən çox insana aid meyit qalıqları aşkar edilib.

İnstitut bildirir ki, 1939-1945-ci illərdə faşistlər 6 milyondan çox polşalını qətlə yetirib. Onların əsas hədəfi ziyalılar, torpaq sahibləri və din adamları olub. Etnik mənsubiyyətinə görə də yüz minlərlə insan məhv edilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top