Polşa Azərbaycanla əməkdaşlığın potensial sahələrini açıqlayıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Polşa Azərbaycanla əməkdaşlığın potensial sahələrini açıqlayıb

Polşa Azərbaycanla bir çox sahələrdə əməkdaşlığa hazırdır. Polşa Xarici İşlər Nazirliyindən bildiriblər ki, kənd təsərrüfatı sektorunda, o cümlədən qida məhsulları, xammal, avadanlıq ticarətində və qardaşlaşma layihələri çərçivəsində təcrübə mübadiləsində əməkdaşlığın inkişafı üçün perspektivlər mövcuddur:

Polşalı istehsalçılar rəqabətqabiliyyətli qiymətlərlə müasir, keyfiyyətli avadanlıq təqdim edir və Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edir. Hər iki ölkənin kənd təsərrüfatı nazirləri ötən il Bakıda görüşüb. Polşa Azərbaycanın kənd təsərrüfatı sektorunda səmərəli dövlət dəstəyi tədbirlərinin reallaşdırılması üçün institusional potensialın möhkəmləndirilməsinə yönəlmiş layihədə üç Avropa İttifaqı (Aİ) üzv ölkəsindən ibarət konsorsiumda tərəfdaşdır. Bu layihə çərçivəsində biz Aİ-də dövlət dəstəyi sxemlərinin təkamülü barədə biliklərimizi, təcrübələrimizi paylaşırıq və azərbaycanlı həmkarlarımızla məsləhətləşirik”.

Nazirlikdən, həmçinin dövlət satınalmaları sahəsində əməkdaşlıq potensialı da qeyd olunub:

“Azərbaycan və Polşadan bir çox şirkətləri hər iki bazarda açıq tenderlərdə iştiraka cəlb etmək lazımdır. Polşa tibb və əczaçılıq sahələrində əməkdaşlığı vacib hesab edir. Azərbaycan müəssisələri, biznes assosiasiyaları, təşkilatları artıq Polşanın “Anti-COVID” biznes platforma təşəbbüsü barədə məlumatlandırılıb. Bu təşəbbüs koronavirus böhranına səmərəli reaksiya üçün polşalı sahibkar və tədqiqatçılar tərəfindən təklif olunan məhsul və həll yollarını əhatə edir. Polşa həm də “Şərq Tərəfdaşlığı” üzrə tərəfdaşlara da COVID-19-la mübarizə üçün tibbi avadanlıq tədarük edir”.

Nazirlikdən əlavə ediblər ki, Polşa və Azərbaycan şirkətləri nəqliyyat və logistika, maşınqayırma və kimya sənayesi, informasiya texnologiyaları, gəmiqayırma, turizm və elektronika sahələrində əlaqələri inkişaf etdirir.

Trend. Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top