
Plastik kartlarla əməliyyatların həcmi 22 faiz artıb
Ötən ilin oktyabr ayı ilə müqayisədə noyabr ayında Azərbaycan banklarının dövriyyədə olan aktiv plastik kartlarının sayı 52 min ədəd və ya 0,81 faiz artaraq 6 milyin 476 min ədəd olub.
Azərbaycan Mərkəzi Bankı bildirir ki, son bir ildə ölkədə bankların dövriyyədə olan aktiv plastik kartlarının sayı 704 min ədəd və ya 12,2 faiz artıb.
Hesabat dövründə sosial kartların sayı 2 milyon 532 min, əmək haqqı kartları 2 milyon 41 min, digər kartlar 1 milyon 69 min və kredit kartlarının sayı 835 min ədəd olub.
Ötən ilin dekabrın 1-nə olan məlumata görə, debet və kredit kart sahibləri ümumi dəyəri 1,561 milyard manat olan 10,512 milyon əməliyyat həyata keçiriblər. Bu, 2017-ci ilin müvafiq göstəricisi ilə müqayisədə ümumi məbləğ baxımından 289 milyon manat və ya 22,72 faiz, əməliyyatların sayı baxımından isə 2 milyon 39 min ədəd və ya 24,06 faiz çoxdur.
BƏNZƏR MƏQALƏLƏR
Kapital Bank Ordubad filialını da yenilədi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. 2019-ci ildən başlayaraq […]
Kapital Bank-la onlayn satışlar daha rahat və sərfəlidir
Cari ildə ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir […]
Xeyriyyəçiliklə məşğul olan “Qırmızı ürəklər”bayram ərəfəsində şəhid övladlarını sevindirdi
Məlumat verdiyimiz kimi, Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə 1 il əvvəl yaradılan “Qırmızı ürəklər” (“RedHearts”) […]