
Pirallahı rayonunda ümumi uzunluğu 4 km olan daha 2 küçə təmir edildi
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sözügedən rayon ərazisində 2 küçədə apardığı təmir işlərini yekunlaşdırıb.
“Economic” verilən məlumata görə, imzalanan sərəncama əsasən, Pirallahı rayonunun Süleyman Bağırov və Gənclik küçələrində aparılan təmir işləri artıq bitib. Süleyman Bağırov küçəsinin uzunluğu 2.9 km, Gənclik küçəsinin uzunluğu isə 1.1 km təşkil edir.
Sözügedən küçələr uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu, yol örtüyünün vəziyyəti qənaətbəxş deyildi, çünki torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə xüsusən payız-qış mövsümündə küçələrdən istifadə edən vətəndaşların rahat hərəkətinə problemlər yaradırdı.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yol əsası hazırlanıb. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənib.
Təmir işlərinin aparıldığı ərazinin sahəsi 24 min kv.m təşkil edir.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılaraq yekunlaşdırılıb.
Xatırladaq ki, agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Pirallahı rayonunun Gürgən qəsəbəsinin uzunluğu 2 km olan daxili yolunda təmir işləri aparılıb.
BÜTÜN YOLLAR QARABAĞA APARIR…
BƏNZƏR MƏQALƏLƏR
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri […]
Bu gün Xarıbülbül festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri […]