MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

covid 19

“Pfizer”: Yenidən vaksinasiya “Delta” stammına qarşı müdafiəni artıra bilər,

Koronavirus peyvəndinin üçüncü dozası “Delta” ştammından qorunmanı artıra bilər.

Bu barədə “Pfizer” şirkətinin hesabatında deyilir.

“Üçüncü doza vurulduqdan sonra “Delta” variantının təsirsiz hala gətirilməsində təxmin edilən potensial 100 dəfə artır”, – sənəddə göstərilib.

Bundan əlavə, şirkətin hesabatında qeyd olunub ki, 18-55 yaş arası insanlarda təkrar peyvəndləmədən sonra antikor sayı beş dəfədən çox, 65-85 yaş arası insanlarda isə 11 dəfə artır.

Daha əvvəl Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru, biologiya elmləri doktoru Ança Baranova koronavirusun “Delta” ştammına əsaslanan yeni mutasiyaların mümkünlüyü barədə məlumatların gələn ilin əvvəllərində əldə ediləcəyini açıqlamışdı.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top