“Petkim” üçüncü rübdə xalis mənfəətini 961% artırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Petkim” üçüncü rübdə xalis mənfəətini 961% artırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” neft-kimya kompleksinin 2023-cü ilin üçüncü rübündə xalis mənfəəti 2,3 milyard TL təşkil edib.

“Report” ”Petkim” tərəfindən açıqlanan maliyyə nəticələrinə istinadən xəbər verir ki, bu dövrdə kompleks 13,2 milyard TL həcmində xalis satış gəliri əldə edib.

“Neft-kimya sənayesində qlobal daralma üçüncü rübdə davam etsə də, rəhbərliyin xərcləri azaltmaq və səmərəliliyi artırmaq təşəbbüsləri sayəsində “Petkim” əvvəlki rüblə müqayisədə fəaliyyətini əhəmiyyətli dərəcədə artırıb. İkinci rüblə müqayisədə xalis mənfəətini 961% artıran “Petkim” xalis satışlarını da 24% artırıb”, – məlumatda deyilir.

Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir. İndiyənədək Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya obyekti olan “Petkim”in təkmilləşdirilməsi üzrə işlərə 1,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub.

“SOCAR Turkey” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. “Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top