“Peşə öyrən, işsiz qalma” devizi ilə “Peşəkar” layihəsinə start verilir
ECONOMİC: Dövlət Məşğulluq Agentliyi yeni “Peşəkar” layihəsinə start verir. “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan layihə çərçivəsində işsiz və işaxtaran şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr tədris olunacaq və müxtəlif idarə və təşkilatlarla əməkdaşlıq çərçivəsində həmin şəxslərin iş ilə təmin edilmələrinə dəstək göstəriləcək.
“Peşəkar” layihəsi çərçivəsində ilk belə əməkdaşlıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə baş tutacaq. Belə ki, möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə əlillərinin və iştirakçılarının məşğulluq imkanlarının artırılması məqsədilə İT sahəsi üzrə birgə təlim kursu keçiriləcək.
Kurslar Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında ADNSU nəzdində təsis edilən və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının dəstək verdiyi İsrail-Azərbaycan Təlim Mərkəzində təşkil ediləcək.
Layihəyə müraciət edən şəxslər ilk olaraq peşə bacarıqlarının müəyyən olunması məqsədilə baza təlimlərinə cəlb olunacaqlar. Daha sonra isə 6 aylıq kurs müddətində benefisiarlara İT sahəsi üzrə müvafiq biliklər tədris olunacaq. layihə çərçivəsində iştirakçılara cəmiyyətə inteqrasiya olunmaları üçün sosial adaptasiya mövzusunda qısa müddətli təlimlərin də keçirilməsi nəzərdə tutulub.
Kursu müvəffəqiyyətlə bitirən şəxslərə Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat veriləcək və iş ilə təmin olunmalarına dəstək göstəriləcək.
Layihəyə qoşulmaq istəyən şəxslər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün inteqrasiya” Proqramı çərçivəsində səfər təşkil olundu – FOTOLAR
24 may 2023-cü il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “MOBILAZE 2” layihəsi nəzdində Miqrasiya Siyasətinin İnkişafı […]
-
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz -in MOBİLAZE 2 layihəsi çərçivəsində AUİB-nə səfər keçirildi
16 may 2023-cü il tarixində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Avropa Ittifaqı və […]
-
“ŞAGİRDLƏRİN FORUM TEATRI” LAYİHƏSİ YEKUNLAŞDI
“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin […]