MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Pərviz_Heydərov

Pərviz Heydərov: “Ökənin əsas maliyyə sənədinə ayrılması planlaşdırılmış 6 milyard 100 milyon manat transfertdən deyil ?!

İqtisadçı ekspert Pərviz Heydərov economic.Az bildirib ki, “Mərkəzi Bankın (AMB) cari ilin mart ayı ərzində ənənəvi olaraq həyata keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondu (SOFAZ) tərəfindən bütövlükdə 250 milyon ABŞ dolları məbləğində vəsait satılıb ki, əvvəlki 2 ay, yəni yanvar-fevral ayları ərzində isə bu rəqəm 543,4 milyon dollar təşkil edib”

“Sual edirəm: 250 milyon + 543,4 milyon dollar, nə edir ?!.. Təbii ki, 784,4 milyon dollar !… Deməli, cari ilin ötən 3 ayı ərzində SOFAZ tərəfindən hərraclarda satılan valyutanın həcmi bütövlükdə 784,4 milyon dollar təşkil edib”

Ekspert onuda qeyd edib ki, Şahmar Mövsümov isə bu gün deyib ki, rəhbərlik etdiyi qurum tərəfindən makroiqtisadi sabitliyi təmin etmək məqsədilə AMB-ə cari ilin I rübü ərzində 2 milyard 279 milyon manat transfert həyata keçirdilib… Bu isə keçən 3 ay ərzində məzənnəni orta hesabla 1,70 AZN-dən hesablasaq, təqribən, 1 milyard 300 milyon dollardan bir az yuxarı məbləğ edir… :) Qeyd edim ki, bilavasitə AMB isə hərraclarda özü iştirak etməyib, yəni ötən müddət ərzində heç bir halda xarici valyuta çıxararaq intervensiya həyata keçirtməyib…

Yeri gəlmişkən, 2017-ci ilə dair ölkənin dövlət büdcəsinə əsasən isə SOFAZ-dan ölkənin əsas maliyyə sənədinə 6 milyard 100 milyon manat transfert nəzərdə tutulub ki, bu da 1,70 AZN-dən 3 milyard 500 milyon dollardan bir az çox dollar vəsaiti edir… Yəni ki, SOFAZ məhz, bu məbləğdə valyutanı AMB-nin cari il ərzində keçirəcəyi valyuta hərraclarına çıxararaq satacaq ki, dövlət büdcəsinə nəzərdə tutulan 6 milyard 100 milyon manat transferti həyata keçirə bilsin…

Odur ki, manatın ABŞ dollarına nəzərən son vaxtlar ucuzlaşmadığı faktını bu gün Ş. Mövsümovun, rəhbərlik etdiyi qurum tərəfindən makroiqtisadi sabitliyi təmin etmək məqsədilə AMB-ə cari ilin I rübü ərzində 2 milyard 279 milyon manat transfert həyata keçirdiyini məlumat verməsi faktı ilə əlaqələndirənlərdən soruşmaq istəyirəm: əvvəla, ötən 3 ay ərzində SOFAZ tərəfindən hərraclarda satılan bütövlükdə 784,4 milyon dollar valyuta həcminin 2017-ci ilə dair ölkənin dövlət büdcəsinə əsasən SOFAZ-dan ölkənin əsas maliyyə sənədinə 6 milyard 100 milyon manat transfertdən, yoxsa bilavasitə makroiqtisadi sabitliyi təmin etmək məqsədilə planlaşdırılan vəsaitdən olduğunu hardan və nədən bilirsiz ?!…

Ümumiyyətlə, hardan bilirsiz və nəyə əsasən irəli sürürsüz ki, cari ilin ötən 3 ayı ərzində SOFAZ tərəfindən hərraclarda satılan 784,4 milyon dollar valyuta həcmi, ölkənin əsas maliyyə sənədinə ayrılması planlaşdırılmış 6 milyard 100 milyon manat transfertdən deyil ?!

Bu, birincisi…

Yeri gəlmişkən, SOFAZ-dan AMB-ə bütövlükdə cari il ərzində, yəni 2017-ci ildə makroiqtisadi sabitliyi təmin etmək məqsəd ilə ümumən 7,5 milyard manat vəsait ayrılması nəzərdə tutulub ki, üstəlik, bu vəsaitin sonuncu adı çəkilən qurum tərəfindən nəyə xərcləyəcəyi də dəqiq deyilib…

Bu, dövlətin il üzrə xarici borcları, TANAP layihəsinin maliyyələşdirilməsi, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və il üzrə bankın xarici borc öhdəliklərinin tənzimlənməsi, o cümlədən ehtiyac yaranarsa, Əmanətlərin Sığortalanması Fonduna vəsaitin ayrılması kimi məsələlərdir…

Odur ki, ikincisi…

Konkret olaraq, xərc istiqamətləri göstərildiyi halda, SOFAZ-dan bütövlükdə cari il ərzində, yəni 2017-ci ildə makroiqtisadi sabitliyi təmin etmək məqsədilə AMB-ə ayrılacaq 7,5 milyard manat vəsait milli valyutanın möhkəmlənməsinə birbaşa olaraq hərraclar vasitəsilə görəsən, necə və hansı formada təsir göstərə bilər ki ?!… :)

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top