MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Pərviz_Heydərov

Pərviz Heydərov: Güzəştli limitin ləğvi zəruri idi

“Məcburi köçkünlər üçün kommunal xidmətlərdən müvafiq güzəşt limitlərinin ləğvi zəruri xarakter daşıyır.

Bu, dövlət büdcəsi vəsaitlərindən səmərəli istifadə etmək məsələsinin getdikcə, daha aktual xarakter daşıdığı bir dönəmdə olduqca yerində atılan addım sayılır”.

Bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

O, bu məsələdə maksimum anlayışlı olmağı da məsləhət görüb:

“Əvvəla, ötən uzun müddət ərzində məcburi də olsa, köçkün sayılan hər hansı bir fərdin və yaxud da ailənin maddi təminat baxımından ehtiyacları məsələsinin həlli istər-istəməz müəyyən həddə olsa da belə, təmin olunmuş və “yerləşdirilmiş” hesab edilməlidir.

Ən azı o mənada ki, bu müddət ərzində hətta müvafiq dövlət güzəştləri limiti saxlanılsa da belə, məcburi köçkün sayılan heç bir fərdin və yaxud ailənin mövcud istehlak və dolanışıq xərcləri ilə ayaqlaşa bilməsi onsuz da faktiki olaraq mümkün sayılmır.

İkincisi də, dövlət tərəfindən əhalinin sözügedən təbəqəyə aid hissəsinin maddi cəhətdən bütün tələbləri öhdəsindən əslində, kifayət qədər yaxşı gəlinmiş vəzifə sayılır ki, bunu da onlar üçün müxtəlif yerlərdə tikilən yaşayış mənzilləri, o cümlədən işlə təminat və sair kimi məsələlər kifayət qədər yaxşı sübut etməkdədir.

Odur ki, məsələni maksimum dərəcədə anlayışla qəbul etmək lazımdır. Gələcəkdə adambaşına aylıq müavinətin özü, sözsüz ki, artırıla da bilər. Yəni ki, əsas odur, bundan sonra bu sahədə büdcə xərclərinə daha yaxşı nəzarət etmək mümkün olacaq və ümumiyyətlə, bu istiqamətdə ortaya çıxacaq müvafiq tələblər də olduqca anlaşıqlı xarakter daşıyacaq”, – deyə P.Heydərov qeyd edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top