Pərakəndə ticarət: İstehlakçılara 6793,4 milyon manatlıq məhsul satılmışdır. - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Pərakəndə ticarət: İstehlakçılara 6793,4 milyon manatlıq məhsul satılmışdır.

2016-cı ilin yanvar-mart aylarında istehlakçılara 6793,4 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çox məhsul satılmışdır. Economic.az Statistika Komitəsinin saytına istinadən xəbər veri ki, Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 4,8 faiz artaraq 3429,9 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 1,9 faiz artaraq 3363,5 milyon manata bərabər olmuşdur.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top