
Pensiyaçıların 736,9 min nəfəri yaşa, qalanları əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlardır
2020-ci ilin 1 iyul tarixinə ölkəmizdə pensiyaçıların sayı 1 mln. 260 min nəfər təşkil edir. Onlardan 736,9 min nəfəri yaşa, 380,9 min nəfəri əlilliyə, 142,2 min nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır.
Economic.az bildirir ki, bu ilin 6 ayında 2019-cu ilin eyni dövrünə nisbətən orta aylıq pensiya 27% artaraq 300 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 25,24% artaraq 330 manata yaxın olub.
Yanvar-iyun aylarında pensiyaçılara ödənilən pensiya vəsaitlərinin məbləği isə 2019-cu ilin eyni dövrünə nisbətən 436,51 mln. manat (24,09%) çox olmaqla, 2 mlrd. 250 mln. manat təşkil edib.
2019-cu ilin əvvəlindən fəaliyyətə başlayan avtomatlaşdırılmış pensiya təyinatı sistemi ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiya hüququ yaranan şəxslərə heç bir quruma müracət etmədən və sənəd təqdim edilmədən, avtomatik şəkildə pensiya təyinatı aparmağa imkan verib. Ötən dövrdə bu e-sistem vasitəsilə 25,1 min nəfərə e-qaydada pensiya təyin olunub.
BƏNZƏR MƏQALƏLƏR
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Özünüməşğulluq proqramı ilə bağlı araşdırma aparılacaq
Əmək bazarında mühüm rola malik proqramın əhatə dairəsi son illərdə 10 dəfə genişlənib. Əmək və […]
MDB Məşvərət Şurasının iclasında Ermənistanın Azərbaycana təcavüzü və mülki əhaliyə qarşı terror hücumlarına dair məlumatlar verildi
Ermənistan nazirinin Azərbaycanın guya atəşkəs rejimini pozması barədə dezinformasiyalarına qarşı Azərbaycan tərəfi qətiyyətli və dolğun […]