Pensiyaçıların 736,9 min nəfəri yaşa, qalanları əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlardır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Pensiyaçıların 736,9 min nəfəri yaşa, qalanları əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlardır

 

2020-ci ilin 1 iyul tarixinə ölkəmizdə pensiyaçıların sayı 1 mln. 260 min nəfər təşkil edir. Onlardan 736,9 min nəfəri yaşa, 380,9 min nəfəri əlilliyə, 142,2 min nəfəri  ailə başçısını itirməyə görə pensiya alanlardır.

Economic.az bildirir ki, bu ilin 6 ayında 2019-cu ilin eyni dövrünə nisbətən orta aylıq pensiya  27% artaraq 300 manata, o cümlədən yaşa görə orta aylıq pensiya  25,24% artaraq 330 manata yaxın olub.

Yanvar-iyun aylarında pensiyaçılara ödənilən pensiya vəsaitlərinin məbləği isə 2019-cu ilin eyni dövrünə nisbətən 436,51 mln. manat (24,09%)  çox olmaqla,  2 mlrd. 250 mln. manat təşkil edib. 

2019-cu ilin əvvəlindən fəaliyyətə başlayan avtomatlaşdırılmış pensiya təyinatı sistemi ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiya hüququ yaranan şəxslərə heç bir quruma müracət etmədən və sənəd təqdim edilmədən, avtomatik şəkildə pensiya təyinatı aparmağa imkan verib. Ötən dövrdə bu e-sistem vasitəsilə 25,1 min nəfərə  e-qaydada pensiya təyin olunub.  

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top