MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Milli Meclis

Pensiya islahatları ilə bağlı yeni qanun layihəsinin qəbulu gözlənilir

Azərbaycanda pensiya islahatları ilə bağlı yeni qanun layihəsinin qəbulu gözlənilir.

Bu barədə Milli Məclisin qarşıdan gələn növbəti yaz sessiyası ilə bağlı parlamentin Əmək və sosial siyasət komitəsinin ilk iclasında bildirilib.

Qeyd olunub ki, bununla bağlı qanun layihəsi artıq hazırdır və onun yanvarın 31-də İşçi Qrupunun, fevralın 3-də isə adıçəkilən komitənin iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin fevralın 14-də baş tutacaq plenar iclasına tövsiyə edilməsi gözlənilir.

Trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top