® Pediatriyaya həsr olunan elmi konfrans keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

® Pediatriyaya həsr olunan elmi konfrans keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Abbott şirkətinin birgə təşkilatçılığı ilə “Pediatriyada müzakirəli məsələlərə müasir baxış” mövzusunda elmi konfrans həyata keçirilib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev çıxış edərək ölkəmizdə ana və uşaq sağlamlığının qorunması sahəsində əldə olunan uğurlardan bəhs edib və bu sahədə əsası Ulu Öndər tərəfindən qoyulan işlərin Prezident İlham Əliyevin layiqincə davam etdirdiyini vurğulayıb. O, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin mütəmadi olaraq tibb işçilərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi elmi tədbirlər barədə məlumat verib.

Hibrid formatda həyata keçirilən konfransın rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əməkdar həkim Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova da çıxış ediblər.

Konfransın elmi hissəsində Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Nigar Hacıyeva “Uşaqlarda mədə-bağırsaq sisteminin funksional pozğunluğu-qəbizlik”, Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov “Uşaqlarda qəbizliyin cərrahi səbəbləri”, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Sənubər Vəliyeva “Uşaqlarda tonzillit” və Mərkəzi Gömrük Hospitalının pediatrı Nigar Mirzəyeva “Epşteyn Barr infeksiyası – differensial diaqnostika” mövzularında geniş təqdimatla çıxış edib və iştirakçıların verdikləri sualları cavablandırıblar.

Müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan 200-dək həkimin iştirak etdiyi və Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsindən canlı yayımlanan konfrans Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top