MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

yol

Paytaxtın Xətai prospektində bu gün axşamdan hərəkət qismən məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Xətai prospektində piyada zolaqlarının və yol-göstərici xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Economic-ə verilən məlumata görə, sözügedən hissədə mayın 18-i axşam saat 22:00-dan etibarən avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən həmin ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top