
Pasportların verilməsi qaydasında DƏYİŞİKLİK
Əhaliyə ümumvətəndaş pasportlarının verilməsi işinin səmərəliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.
Economic bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, artıq vətəndaşlar ümumvətəndaş pasportu almaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ilə yanaşı, Nizami Rayon Polis İdarəsinə də müraciət edə bilərlər.
Qeydiyyatda olduqları yerdən asılı olmayaraq vətəndaşlar Nizami Rayon Polis İdarəsinə (8-ci km. qəsəbəsi, Ş.Mirzəyev küçəsi 71) müraciət edərək 10 iş günü müddətinə ümumvətəndaş pasportu ala bilərlər.
Sənədlər həftənin bütün günləri səhər saat 9.00-dan axşam saat 18.00-a qədər qəbul edilir.
Əlavə məlumat almaq istəyənlər (012) 590-64-31 şəhər və (050) 555-59-91 mobil nömrələrinə zəng vura bilərlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
-
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri […]
-
Bu gün Xarıbülbül festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri […]