
“PAŞA Bank” maliyyə çağırışları səbəbindən filial açılışını təxirə salıb
“PAŞA Bank” Sumqayıtdakı filialının açılışını təxirə salıb. Bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, Sumqayıt filialının açılmaması maliyyə çağırışları ilə əlaqədardır. “Bundan başqa, biz Sumqayıt sakinləri arasında sorğu keçirmişik. Belə qərara gəldik ki, onlara Bakıda bankın baş ofisində xidmət göstərilməsi daha əlverişlidir. Buna görə də biz onlara elə Bakıda xidmət göstərəcəyik”, – deyə o qeyd edib.
Bankın baş maliyyə inzibatçısı Xəyalə Nağıyevanın sözlərinə görə, 2016-cı ilin sonuna “PAŞA Bank”ın konsolidə olunmuş gəlir vergisi 18 mln. 500 min manat təşkil edib: “Bu rəqəmin 15 milyon manatı Azərbaycandakı fəaliyyətimizin payına düşür. Bundan başqa, 505 min manat da digər vergilər üzrə ödəniş həyata keçirilib”.
BƏNZƏR MƏQALƏLƏR
Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib. Economic.az xəbər […]
Kapital Bank Ordubad filialını da yenilədi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. 2019-ci ildən başlayaraq […]
BNA qiymət artımı ilə bağlı daşıyıcılara xəbərdarlıq etdi
Bakı Nəqliyyat Agentliyində (BNA) müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib. Agenlikdən “Economic “ə verilən məlumata […]