Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Paris, 29 iyun, AZƏRTAC

Parisin 3-cü rayonunda “Summer pop up” sənətkarlıq məkanında Kanadada yaşayan Aynur Cahanın milli motivlər əsasında hazırladığı zinət əşyalarından ibarət kolleksiyası təqdim olunub.

AZƏRTAC xəbər verir ki, təqdimatda yerli ictimaiyyətin nümayəndələri və Parisdə yaşayan azərbaycanlılar iştirak ediblər.

Aynur Cahan xaricdə yaşadığı dövrdə Azərbaycanı təmsil edəcək naxışlardan ibarət kolleksiya yaratmaq arzusunda olub və 8 il əvvəl bu arzusunu reallaşdırıb. Zinət əşyaları üzərində olan naxışlar əsasən Azərbaycan xalçaları üzərində olan motivlərdir. Onun kolleksiyaları arasında üzərində Şuşada yerləşən Yuxarı Gövhər Ağa məscidindəki motivlər əks olunmuş zinət əşyaları yer alıb.

Müəllif zinət əşyaları vasitəsilə Azərbaycan, motivlərin hekayələri barədə məlumatları ötürür.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top