“Paris-2024”: Azərbaycan paraatleti finala vəsiqə qazanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Paris-2024”: Azərbaycan paraatleti finala vəsiqə qazanıb

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13) Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, idmançı buna təsnifat mərhələsində 100 metr məsafəni 11,81 saniyəyə qət edərək nail olub.

Öz qrupunda birinci yeri tutan “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı şəxsi göstəricisini də yaxşılaşdırıb.

Final mərhələsi bu gün Bakı vaxtı ilə saat 22:13-də keçiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top