MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

taekvando

Para-taekvondo üzrə Avropa çempionatında iştirak edəcək milli komandamız

Təlim-məşqləri bu gün başa vuran parataekvondo milli komandamız sabah Avropa çempionatına yollanır. Bolqaristanın Plovdiv şəhərində keçiriləcək sayca 7-ci olan qitə çempionatında ölkəmizi 5 idmançı təmsil edəcək.
10 iyun tarixində başlanacaq yarışda böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə milli komandanın üzvləri İmaməddin Xəlilov (K-44, -61 kq), Nicat Müslümov ( K-43 -75 kq), Əbülfəz Abuzərli (K-44 -75 kq), Vuqar Adışirinov (K-44 +75 kq) və Aynur Məmmədova (K-44 +58 kq) dayanq üzərinə çıxacaq.
Qeyd edək ki, Plovdiv şəhərinin “Kolodruma” idman sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur.
Millimiz 11 iyun tarixində vətənə dönəcək.

 

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top