MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

İNFOQRAFİKA

PANDEMİYANIN ÇİMƏRLİKDƏ İSTİRAHƏTİMİZƏ TƏSİRİ

ECONOMİC: Nazirlər kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən Azərbaycanda iyunun 10-dan çimərliklərin fəaliyyətinə icazə verilib. Mövsümlə əlaqədar mövzunun aktuallığını nəzərə alaraq MTM (Media Təhlil Mərkəzi) tərəfindən 28 iyun – 3 iyul tarixlərində sorğu keçirilib. Sorğuda iştirak edən 1005 respondentin 47%-ni qadınlar, 53%-ni kişilər təşkil edib.

Respondentlərin 39%-i artıq çimərliyə getdiyini, 33%-i isə gedəcəyini bildirib. Pandemiyaya görə bu il çimərliklərə üz tutmayacağını qeyd edənlər cavab verənlərin 7%-ni təşkil edib. Respondentlərin 21%-i isə ümumiyyətlə çimərliklərə getmədiyini qeyd edib.  

Sorğu iştirakçılarının 28%-i çimərlikdə sosial məsafənin saxlanılmasını lazımsız tədbir hesab etsə də, cavab verənlərin 17%-i əksini düşünür. İnsanların az toplaşdığı çimərliklərə üz tutmağı məqsədəuyğun sayanlar respondentlərin 25%-ni təşkil edib. İştirakçıların 14%-i vaxt amilini nəzərə almağı və çimərliyə gedərkən insanların daha az toplaşdığı saatları seçməyi düzgün hesab edib. Çimərliyə getmədiyini qeyd edərək, bu barədə fikir bildirməyənlər respondentlərin 16%-ni təşkil edib.

Bir və ya bir neçə variant seçmək imkanına malik olan respondentlər “Azərbaycanda hansı çimərliyi bəyənirsiniz?” sualına aşağıdakı kimi cavab verib:

Bilgəh – 39,4%;

Mərdəkan-Şüvəlan – 28,1%;

Novxanı – 22,6%;

Şıxov – 9,7%;

Buzovna – 12,9%;

Zuğulba – 7,9%;

Pirşağı – 13%;

Nardaran – 12,3%;

Türkan – 5,1%;

Hövsan – 4,2%;

Sumqayıt – 5,3%;

Digər – 14,4%;

Heç birini bəyənmirəm – 18%.

Respondentlərin 46%-i ödənişsiz, 36%-i ödənişli çimərliklərə üz tutduğunu qeyd edib. Ümumiyyətlə çimərliyə getmədiyini deyənlər bu suala cavab verənlərin 18%-ni əhatə edib.

Respondentlərin bu il çimərliklərdən istifadə zamanı hansısa xüsusi qaydaların tətbiq olunmasının vacibliyi ilə bağlı fikirləri müxtəlif olub. İştirakçıların 37%-i qeyd edib ki, paltardəyişmə otaqlarında və sanitar qovşaqlarda təmizlik qaydalarına riayət olunmalıdır. “Çimərlik ərazisində tullantılar xüsusi ayrılmış qutulara atılmalıdır” deyənlər cavab verənlərin 30%-ni təşkil edib. Sorğu iştirakçılarının 10%-i dezinfeksiya məhlullarından tez-tez istifadə edilməsini, 8%-i isə sahildə çimmək üçün zonaların xüsusi işarələrlə ayrılmasını vacib hesab edib. Cavab verənlərin 15%-i üçün hansısa qaydalara riayət olunub-olunmamasının fərqi yoxdur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top