Özüməşğul əhalinin sayının 13,6 dəfə artacağı gözlənilir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Özüməşğul əhalinin sayının 13,6 dəfə artacağı gözlənilir

ECONOMİC: İşsiz və işaxtaran vətəndaşların kiçik biznesə yiyələnməsinə imkan yaradan özünüməşğulluq proqramına cəlb olunanların sayı hər il artır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, proqramın icrasına başlandığı 2017-ci ildə özünüməşğulluğa 1172 nəfər cəlb edilib. 2018-ci ildə bu göstərici 7267 nəfər, 2019-cu ildə 10716 nəfər, 2020-ci ildə 12548 nəfər olub.

2021-ci ildə 16 min şəxsin özünüməşğulluğa cəlb edilməsi nəzərdə tutulub. Bu, proqrama cəlb olunanların sayının 2017-ci illə müqayisədə 13,6 dəfə artacağı deməkdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top