Özəl sektorda əmək müqavilələrinin sayı artıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Özəl sektorda əmək müqavilələrinin sayı artıb

Əmək müqavilələrinin sayı özəl sektorda bu il aprelin 1-dən 87 200,

yanvarın 1-dən 110minmüqavilə artıb

 Pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin bir istiqaməti də qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına yönəlib.

Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir, işəgötürənlərlə sosial dialoq müstəvisində müvafiq işlər aparılır.

Görülən işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, artım dinamikası davam edib.

Qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı bu il aprelin 1-dən 87 200, yanvarın 1-dən 110 min müqavilə artaraq, 2020-ci ilin 1 iyul tarixinə 751 300-ə çatıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top