MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

muqavile

Özəl sektorda əmək müqavilələrinin sayı artıb

2021-ci il avqustun 1-nə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 748.309 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 208,4 min nəfər çoxdur.

Təkcə 2021-ci ilin iyul ayı ərzində qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 9.800-dən çox artım qeydə alınıb.

Nəticə etibarilə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda əhəmiyyətli artım müşahidə olunur ki, bu da əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2021-cu ilin yanvar-iyul aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 milyard 218,2 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artıb, daxilolmalar üzrə proqnoz 110,8 faiz və ya 215,7 milyon manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 1 milyard 386 milyon manat təşkil edib, proqnoz 113,8 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 76,4 milyon manat olub, proqnoz 110,5 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,0 faiz artaraq 55,3 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 111,9 faiz icra olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top