Özbəkistandan gətirilən barama cinsləri Şəki Regional Elmi Mərkəzində tədqiqata cəlb ediləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Özbəkistandan gətirilən barama cinsləri Şəki Regional Elmi Mərkəzində tədqiqata cəlb ediləcək

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin (REM) Elmi şurasının iclasında müzakirə edilən məsələlərdən biri də Özbəkistanın elm və ali təhsil müəssisələri ilə əlaqələrin genişləndiliməsi olub.

Bu barədə AZƏRTAC-a Şəki Regional Elmi Mərkəzindən məlumat verilib.

Mərkəzin Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri Qüdürət Bəkirov iclasda bu barədə məlumat verərək bildirib ki, Şəki REM-də Özbəkistan Respublikası Elmlər Akademiyasının elmi-tədqiqat institutları ilə ipəkçilik sahəsində barama cinslərinin mübadiləsi istiqamətində işlər davam etdirilir.

Elmi şura Şəki REM-də Özbəkistandan gətirilən cinslər üzərində seleksiya işlərinin davam etdirilməsi və istehsalat üçün nəzərdə tutulan 4 cins və onların hibridlərinin tədqiqata cəlb edilməsi haqqında qərar qəbul edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top