Özbəkistanda təbii qazın hasilatı azalıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Özbəkistanda təbii qazın hasilatı azalıb

Bakı, 23 iyun, AZƏRTAC

Milli Statistika Agentliyinin iyunun 22-də dərc edilmiş məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında Özbəkistanda təbii qazın hasilatı 18,8 milyard kubmetr təşkil edib.

AZƏRTAC Özbəkistan mediasına istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5,2 faiz azalıb.

Nəşrlərdə bildirilir ki, neftin hasilatı da 327,6 min tondan 305 min tona qədər azalıb. Hesabat dövrü üzrə kömürün də hasilatı aşağı düşüb: 1,97 milyon tondan 1,9 milyon tona.

Eyni zamanda, Statistika Agentliyinin hesabatına görə, bu ilin ilk beş ayı ərzində Özbəkistan qaz kondensatı hasilatını 527,5 min tona qədər artırıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top