Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Bakı, 3 iyul, AZƏRTAC

Özbəkistanda Mədəniyyət Nazirliyi yanında Qeyri-Maddi Mədəni İrs İnstitutu fəaliyyət göstərəcək.

AZƏRTAC özbək mediasına istinadla xəbər verir ki, dövlət başçısının Fərmanına uyğun olaraq Mədəniyyət Müəssisələrinin Fəaliyyətinin Təşkili üzrə Respublika Elmi-Metodiki Mərkəzi Mədəniyyətşünaslıq və Qeyri-Maddi Mədəni İrs Elmi-Tədqiqat İnstitutuna çevrilib.

Qeyd olunub ki, yeni institutun vəzifələrinə digərləri ilə yanaşı, milli qeyri-maddi mədəni irsin qorunması, qeyri-maddi mədəni irs nümunələrinin müəyyən edilməsi və bu nümunələrin qeyri-maddi mədəni irsin mühafizəsi üzrə beynəlxalq siyahı və reyestrlərə daxil edilməsi, eləcə də ölkədə qeyri-maddi mədəni irsin rəqəmsallaşdırılması, təbliği və qorunmasına yönəlmiş yeni təşəbbüs və layihələrin həyata keçirilməsi daxildir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top