Ötən il Qara dənizdə batan gəminin ekipaj üzvlərinin axtarışları davam edir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ötən il Qara dənizdə batan gəminin ekipaj üzvlərinin axtarışları davam edir

İstanbul, 4 iyun, Günel Karatepe, AZƏRTAC

Ötən il noyabrın 19-da Qara dənizdə batan “Kafkametler” gəmisinin ekipaj üzvlərindən itkin düşən yeddi nəfərin axtarışları davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Zonquldak Valiliyi açıqlama yayıb.

Bildirilib ki, Türkiyə bayrağı altında üzən gəmidəki 12 nəfərlik heyət üzvlərindən sadəcə beşinin cəsədi tapılıb. Ətraflı araşdırmalara baxmayaraq, digər gəmiçilərlə bağlı hansısa məlumat əldə etmək mümkün olmayıb. Heyət üzvlərinin axtarışları aidiyyatı qurumlar tərəfindən davam etdirilir.

Xatırladaq ki, Rusiyadan İzmir vilayətinin Əliağa Limanına yük daşıyan gəmi noyabrın 19-da Qara dənizdə baş verən fırtına səbəbindən Ereğli limanına sığınıb. Burada lövbər sala bilmədiyindən yenidən hərəkət edib və qısa müddətdən sonra gəmi ilə əlaqə kəsilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top