
Ötən il pərakəndə ticarət şəbəkəsində 30,2 milyard manatlıq məhsul satılıb
2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5 faiz üstələyərək 30,2 milyard manata bərabər olub.
İstehlakçılara 15,1 milyard manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1 faiz çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8 faiz çox qeyri-ərzaq məhsulları satılıb.
Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içki və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,6 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2016-cı ildə istehlak məhsullarının 10,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 55,7 faizi fərdi sahibkarlar tərəfindən, 33,4 faizi isə bazar və yarmarkalarda satılıb.
Ötən il əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261,0 manat təşkil edib və 2015-ci ilin müvafiq göstəricisinə nisbətən nominal ifadədə 36,1 manat artıb. Ticarət şəbəkəsində adambaşına orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları alınıb.
BƏNZƏR MƏQALƏLƏR
Ötən ay kompüter, elektron və optik məhsulların istehsalı çoxalıb
Əvvəlki ayla müqayisədə iyunda kompüter, elektron və optik məhsulların və elektrik avadanlıqlarının istehsalı artıb. Economic.az […]
Altı ayda pərakəndə ticarət şəbəkəsində 18,2 milyard manatlıq məhsul satılıb
Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 milyard 245,7 milyon manatlıq, o cümlədən […]
Xarici ticarət əlaqələrində 98 ölkəyə məhsul ixrac olunmuş, 155 ölkədən idxal olunmuşdur.
2020-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə […]