MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ASK

Orxan Xanlar oğlu Bayramov ASK-nın Baş katib təyin olunub

Orxan Xanlar oğlu Bayramov Azərbaycan Sahibkarlar Konfederasiyasına Baş katib təyin olunub

Orxan Xanlar oğlu Bayramov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Baş katib vəzifəsinə təyin olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsini (bakalavr) 2008-ci ildə bitirən  Orxan Bayramov hal-hazırda “Maastricht School of Management”-də EMBA proqramı  üzrə  təhsilini davam etdirir.

Orxan Bayramov əmək fəaliyyətinə 2006-cı ildən sığorta sahəsində  başlamışdır. 2013-cü ildən 2017-ci ilədək isə Azərbaycan Sığortaçılar Assosiasiyasında sədr vəzifəsində çalışmışdır. İngilis, türk, rus dillərini bilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 5 mart 1999-cu ildən təsis edilmişdir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən qeyri-hökumət təşkilatıdır. Hal-hazırda 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosial yönümlü Assosiasiyalar, Holdinqlər, Birliklər, İttifaqlar, iri şirkətlər, banklar, sığorta təşkilatları və qruplar Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top