Orta əsrlərə aid artefaktlar Fransaya qaytarılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Orta əsrlərə aid artefaktlar Fransaya qaytarılıb

Bakı, 15 iyul, AZƏRTAC

1940-cı ildə Fransa işğal edilərkən alman əsgəri Kurt Arpenin Almaniyaya apardığı artefaktlar geri qaytarılıb.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, Fransa işğal edilərkən Reyxin əsgəri Som departamentindəki qəsəbələrdən birində xidmətə başlayıb. Arpe dislokasiya yerində köhnə tarixi məkanlarda qazıntı apararkən Merovinqlər sülaləsi dövrünə – VI-VIII əsrlərə aid küplər aşkar edir. Arpe aşkar etdiyi 11 artefaktı ailəsinə yollayır. Özü isə 1942-ci ildə SSRİ ərazisində döyüşdə həlak olur.

Ailəsi küpləri saxlayaraq nəsildən-nəsilə ötürür və onlar 2000-ci ildə muzey rəhbəri olan Volfqanq adlı qohumun əlinə keçir. O isə təqaüdə çıxdıqdan sonra evdə saxladığı əşyaları vətənə qaytarmaq qərarına gəlir. Fransa dövlət qurumları ilə yazışmalardan sonra 11 küp Som departamentindəki arxeologiya muzeyinə qaytarılıb. Tarixi əşyalar tədqiqatdan sonra muzeydə nümayiş etdiriləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top