
Operatorlar “5G” internetin real sürətini açıqlayıblar
Dördüncü nəsil mobil şəbəkələrlə müqayisədə “5G” baza stansiyaları qoşulma sürətinin xeyli artırılmasını vəd edir – bu yaxınlarda elektronika istehsalçıları 4,3 Qbit/s sürətinə nail olmağa müvəffəq olublar. Amma test laboratoriyasından kənarda bu göstərici adətən aşağı olur. Cənubi Koreyanın aparıcı rabitə operatorları yeni avadanlığın faktiki imkanları haqqında danışıblar.
Statistika 2020-ci ilin yanvar-iyun ayları ərzində 3 telekommunikasiya şirkəti tərəfindən toplanılıb: “SK Telecom”, “KT” və “LG Uplus”. Bu operatorların şəbəkələrində orta yükləmə sürəti müvafiq olaraq 789, 652 və 528,6 Mbit/s təşkil edib.
İnsanların sıx olduğu yerlərdə fayllar təxminən 654 Mbit/s sürətlə yüklənilib. Tədqiqat pik vaxtlarda kitabxana, universitet, park, xəstəxana, terminal, metro və sərgi mərkəzləri daxil olmaqla ölkənin 11 min nöqtəsində keçirilib.
BƏNZƏR MƏQALƏLƏR
Bu bölgələrdə internetin qiyməti aşağı olacaq
2024-cü ilin sonunadək bütün Azərbaycan ərazisini internetlə təmin etmək planlaşdırılır. Alıcılıq qabiliyyətinin aşağı olduğu bölgələrdə […]
“Az” domeni ilə bağlı qərara dəyişiklik edildi
Nazirlər Kabineri “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen […]
“Azərpoçt” bayram günlərində vətəndaşlara xidmət göstərəcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 9 May – Qələbə Günü […]