MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

OPEC

OPEC neft hasilatının azaldılması sazişinin müddətinin uzadılıb-uzadılmaması barədə qərarı mayın 25-də verəcək

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətinin uzadılıb-uzadılmaması barədə qərarı mayın 25-də verəcək.

Bu sözləri  OPEC-in baş katibi Məhəmməd Barkindo deyib. O bildirib ki, bu qərar Monitorinq Komitəsinin hesabatlarından asılı olacaq.

M.Barkindo ölkə göstəriciləri və ikinci dərəcəli mənbələrdən əldə olunan göstəricilər arasındakı fərq azalmağa başladığını vurğulayıb: “Neft hasilatına dair göstəricilər arasındakı fərq azalır. Bu fərqi minimuma endirmək üçün çox çalışırıq”.

Neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə qoşulan bütün OPEC-ə üzv ölkələrin və digər istehsalçıların ehtiyatları azaltmaqda maraqlı olduqlarını bildirən OPEC-in baş katibi deyib: “Bu saziş ilə bütün ölkələrin neft bazarında yenidən sabitliyi yaratmaq istəyirik”.

O qeyd edib ki, OPEC şist nefti istehsalçıları ilə də əlaqələri genişləndirməkdə maraqlıdır.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top