“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda jurnalistlərə açıqlamasında bildirib.

“Sənaye zonalarında mövcud biznes imkanları və investisiya mühiti sahibkarların marağının bu zonalara böyük olmasına gətirib çıxarır. Belə ki, 2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib.

Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sənaye zonalarının rezidenti olmaq istəyən sahibkarlar tərəfindən təqdim edilən bir neçə layihəyə baxılır. Bu layihələrə mebel məhsullarının, inşaat materiallarının, müxtəlif təyinatlı dərman vasitələrinin, ayaqqabı və s. məhsulların istehsalını göstərmək olar. Yaxın vaxtlarda onlara da sənaye zonalarının rezidenti statusunun verilməsi planlaşdırılır”.

Nəzrin Vahid

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top