Ombudsman Aparatının və Bakı Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə sahilyanı təmizlik aksiyası keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ombudsman Aparatının və Bakı Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə sahilyanı təmizlik aksiyası keçirilib

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Bakı Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Ətraf mühitin qorunması və insan hüquqları” şüarı altında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sahilyanı təmizlik aksiyası təşkil edilib.

AZƏRTAC xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunun artırılmasını təşviq etmək olub.

Ombudsman Səbinə Əliyevanın, Aparatın kollektivinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada sahilyanı ərazidən tullantılar toplanılıb. Sonra əraziyə cəlb olunmuş xüsusi texnika vasitəsilə Balaxanı Bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top