Ölkənin bank sektorunun aktivləri 30,4 mlrd. manatdır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ölkənin bank sektorunun aktivləri 30,4 mlrd. manatdır

Azərbaycanda fəaliyyət göstərən 32 bankın 28 fevral 2017-ci il tarixinə cəmi aktivləri 30,419.2 milyon manat, cəmi öhdəlikləri 27,772.7 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, sektorun balans kapitalı 2,646.6 milyon manatdır. Əhalinin əmanətləri 7,084.3 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 563, şöbələrinin sayı 135, ATM-lərin sayı 2,462-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,662 nəfər təşkil edir.

2017-ci ilin 28 fevral tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top